• 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 
  • 23:26 – Qərbi Azərbaycan Xronikası: “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” - VİDEO 
  • 23:09 – Ukraynaya 630 milyon dollar ayıracaqlar 
  • 20:20 – Kupman Azərbaycana gələcək 

Xeyriyyə bazarında əldə olunan gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriləcək

Beynəlxalq Qadınlar Klubu (IWC) və Hindistanın Azərbaycandakı səfirliyi martın 11-də Xeyriyyə bazarı təşkil edəcək. Tədbirdən əldə olunan bütün gəlirlər Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriləcək.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Xeyriyyə bazarı Badamdarda yerləşən “Hotel Badamdar & Residences” mehmanxanasının (keçmiş “Pullman Hotel”) “Qəbələ” zalında saat 10:00-dan 19:00-dək keçiriləcək.

Tədbirdə əl işi məhsulları, o cümlədən xalçalar, rəsmlər, gəlinciklər, şərflər, oymalar, ətirli sabunlar, təbii daşlardan bəzək əşyaları, gümüş zinət əşyaları, toxunma gəlinciklər və başqa məhsulları əldə etmək mümkün olacaq.

Xeyriyyə tədbirinin iştirakçıları, həmçinin müxtəlif ölkələrin mətbəxlərinin təamlarından dada, xına ilə naxışlar etdirə və digər əyləncələrdə iştirak edə biləcəklər. İştirakçılar üçün lotereya oyunu da təşkil olunacaq.

Hindistanın Azərbaycandakı səfirliyi və IWC hər kəsi Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün tədbirə qoşulmağa dəvət edir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →