• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Latviya və Polşadan olan mütəxəssislərlə əməyin mühafizəsi sahəsində onlayn müzakirə aparılıb

Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə fevralın 20-24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə Latviya və Polşadan olan mütəxəssislərin onlayn ekspert müzakirəsi aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müzakirə əməyin mühafizəsi və təhlükəsizliyi, bu sahədə standartların hazırlanması, istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi, işçilərin bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası mövzularında olub.

Latviya Respublikasının Əməyin Mühafizəsi və Ətraf Mühitin Sağlamlığı İnstitutunun direktoru Ivars Vanadziņs və Polşa Respublikasının Əməyin Mühafizəsi üzrə Mərkəzi İnstitutun baş elmi işçisi xanım Małgorzata Pęciłło müvafiq mövzuda Avropa təcrübəsini bölüşüblər.

Mövzu ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →