• 17:28 – Bu tarixə qədər neft 150 dolları keçəcək: Dünya iqtisadiyyatı çökür 
  • 17:20 – Aprelin pensiya ödənişləri yekunlaşdı 
  • 17:17 – Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb 
  • 10:10 – Tramp 1 saat ərzində 7 bəyanat verib, heç biri doğru deyil... 

Azərbaycanda bitki sağlamlığı sahəsində görülən işləri beynəlxalq ekspertlər yüksək dəyərləndirib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın nümayəndə heyəti arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizin “Elektron fitosanitar sertifikat” (E-fito) sisteminə qoşulması üzrə atılan addımlar və ümumilikdə ölkəmizdə son dövrlər qida təhlükəsizliyi və bitki sağlamlığı sahəsində görülən işlər Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilib.

Görüş zamanı sistemlərin inteqrasiyası zamanı həyata keçirilməsi zəruri olan tədbirlər və keçilməli olan mərhələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →