• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllüləri yardım məntəqəsində fəal iştirak edirlər

Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş insanlara yardım məqsədilə Bakıda ictimai yardım kampaniyası davam edir. Vətəndaşlarımız qardaş ölkəyə dəstək məqsədilə Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilən yardım məntəqəsinə zəruri tələbat məhsullarını könüllü olaraq çatdırır, burada isə onların toplanması, çeşidlənməsi, yük avtomobillərinə yığılaraq göndərilməsi təmin edilir.

AZƏRTAC xəbər verir ki, hazırda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllüləri yüzlərlə vətəndaşımızla bir arada yardım məntəqəsində fəal iştirak edirlər.

Əsas tələbat məhsulları sırasında təzə geyim, quru qida, uşaq bezləri, kişi və qadın gigiyena vasitələri, uşaq yeməklərinə (son istifadə müddətinə ən az 3 ay qalmaqla) xüsusilə zərurət duyulur.

Qeyd edək ki, məntəqədə yardım hər gün saat 10:00-dan 18:00-dək qəbul olunur. Yardım kampaniyası fevralın sonunadək davam edəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →