• 22:27 – Ermənistan bu türk ölkəsi ilə Göyçə gölünü müzakirə etdi 
  • 22:21 – Xalq artisti Tünzalə Ağayeva “Yandım”ın klipini təqdim etdi 
  • 22:14 – "Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait aldı 
  • 19:53 – ABŞ-ın bu ölkədəki səfirliyinin əməkdaşları təxliyə edildi 

Gilavar Foto Klubundan Türkiyədəki zəlzələdə zərərçəkənlərə dəstək

Türkiyənin bir sıra şəhər və qəsəbələrində baş vermiş güclü zəlzələ hamı kimi azərbaycanlı fotoqrafları da dərindən sarsıtdı.

AZƏRTAC xəbər verir ki, Gilavar Foto Klubu qardaş ölkənin çətin günündə dərdinə şərik olmaq üçün yardım kampaniyasına qoşulub.

Kampaniya çərçivəsində fotoqraflar 6000 türk lirəsi toplayıblar. Kampaniyada klubun üzvləri ilə yanaşı, digər fotoqraflar da iştirak ediblər. Zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə toplanılan məbləğ Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) bank hesabına köçürülüb.

Qeyd edək ki, Gilavar Foto Klubu Azərbaycan foto sənətinin inkişafına verdiyi töhfələri, uğurlu layihələri ilə yanaşı, sosial və xeyriyyə tədbirlərində də fəal iştirak edir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →