• 22:27 – Ermənistan bu türk ölkəsi ilə Göyçə gölünü müzakirə etdi 
  • 22:21 – Xalq artisti Tünzalə Ağayeva “Yandım”ın klipini təqdim etdi 
  • 22:14 – "Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait aldı 
  • 19:53 – ABŞ-ın bu ölkədəki səfirliyinin əməkdaşları təxliyə edildi 

Xalq artisti Tünzalə Ağayeva “Yandım”ın klipini təqdim etdi



Xalq artisti Tünzalə Ağayeva “Yandım”ın klipini təqdim etdi

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini təqdim edib.
Xebertv.az-a görə pop ulduz əfsanəvi “Yandım” mahnısına yeni nəfəs verib. Musiqisi Ramiz Mirişliyə, sözləri isə Süleyman Rüstəmə məxsus olan əsər tam fərqli formatda təqdim olunub. Mahnının masterinqini Emin Kərim, aranjımanını isə Tural Məmmədli edib.Əsərdə sənətçini məşhur gitara ifaçısı Rəhman Məmmədli müşayiət edib. Bu onların sayca üçüncü layihəsidir.Şou-biznesin əfsanəsi mahnı üçün klip də çəkdirib. Ekran həllinin rejissorluğu Röyal Səfərova aiddir. Klipdə ulduzun geyimləri tanınmış dizayner Orxan Sultan imzası daşıyır. Saç və makiyajı Günay Mustafa edib. Layihənin direktoru Yalçın Cabbarovdur.Qeyd edək ki, “Yandım” layihəsi artıq bütün musiqi platformalarında, həmçinin də Xalq artistinin rəsmi “Youtube” kanalında yayımlanır.




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →