• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

Azərbaycan forum ərəfəsində urban inkişaf gündəliyini gücləndirir



BAKI-XEBERTV.AZ

Azərbaycan forum ərəfəsində urban inkişaf gündəliyini gücləndirir

Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycan bu sahədə həyata keçirdiyi müasir yanaşmalarla diqqət çəkir.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan bu beynəlxalq platforma davamlı şəhər inkişafı, innovativ planlaşdırma və inklüziv mühitin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Ölkədə son illər reallaşdırılan infrastruktur layihələri, xüsusilə azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları bu sahədə formalaşan yeni inkişaf modelini nümayiş etdirir.
Mütəxəssislər Azərbaycanın əldə etdiyi təcrübənin beynəlxalq müstəvidə maraq doğurduğunu və qarşıdakı forum çərçivəsində diqqət mərkəzində ola biləcəyini qeyd edirlər.
Eyni zamanda, şəhər mühitinin yenilənməsi, ekoloji tarazlığın qorunması və sosial inklüzivliyin genişləndirilməsi istiqamətində atılan addımlar ölkənin strateji prioritetləri sırasında yer alır.
Bu kontekstdə Azərbaycanın qlobal urban müzakirələrdə iştirakı onun beynəlxalq səviyyədə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Billurə Hüseyn




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →