• 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:20 – Yamal zirvədə, Arda Güler 2-ci yerdə 
  • 00:18 – İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk 
  • 00:13 – Dünya çenpionu Avropa çenpionunu yarım finalda məğlub etdi 

Uşaqlara tütün və spirtli içki satan şəxslər cərimələndi




Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qubada azyaşlılara tütün və alkoqollu içkilər satan şəxsləri cərimələyib.

XEBERTV.AZ xəbər verir ki,bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →