• 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:20 – Yamal zirvədə, Arda Güler 2-ci yerdə 
  • 00:18 – İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk 
  • 00:13 – Dünya çenpionu Avropa çenpionunu yarım finalda məğlub etdi 

Prezident İlham Əliyev Vo Van Txıonqu Vyetnam Prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Vo Van Txıonqu Vyetnam Prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir: “Biz Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Dövlətimizin başçısı vyetnamlı həmkarına dost Vyetnam xalqının rifahı naminə ali dövləti fəaliyyətində uğurlar arzulayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →