• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Azərbaycan Ordusunun təcrübəli tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir

Hərbi həkimlərimiz 8 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 62 nəfərə ambulator yardım göstəriblər



Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə koordinasiyalı şəkildə hərbi həkimlərimiz növbəti 8 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 62 nəfərə ambulator yardım göstəriblər.

Ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 25 cərrahi əməliyyat icra olunub, baş vermiş zəlzələdən zərərçəkən 196 nəfəri isə müayinə edilərək onlara ambulator yardım göstərilib.

Zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi, onların tezliklə sağalaraq normal həyata qayıtması üçün hərbi tibb personalımız qardaş ölkədə yüksək peşəkarlıqla fəaliyyətini davam etdirir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →