ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd etdiyini bildirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bir gün əvvəl İslam Respublikasının xarici işlər nazir Abbas Əraqçi Tehranın vasitəçilərin köməyi ilə Vaşinqtona Hörmüz boğazının açılması üzrə yeddi günlük plan təqdim etdiyini bildirmişdi.
“Onlar təklif irəli sürdülər, lakin mən onu rədd etdim”, – deyə Amerika lideri Ağ Evdə jurnalistlərə bildirib.
Sentyabrın 26-da məlumat verilmişdi ki, Birləşmiş Ştatlar və İran arasında Tehranın təklif etdiyi bu marşrutun açılması planı ilə bağlı danışıqlar konstruktiv şəkildə gedir.
Bundan əvvəl İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali bildirmişdi ki, ABŞ Hörmüz boğazı vasitəsilə gəmiçiliyi həyata keçirmək üçün İran və Oman tərəfindən müəyyən ediləcək su yolunun yeni hüquqi statusunu qəbul etməlidir.


