• 18:44 – Fitso son anda Ukraynaya getmədi: Nə baş verib? 
  • 18:37 – Türkiyə və İsrail ordularının qəribə müqayisəsi 
  • 18:34 – Xalqın Duası, Vətənin Gücü 
  • 20:08 – Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür - Hikmət Hacıyev 

Türkiyə və İsrail ordularının qəribə müqayisəsi


Türkiyə və İsrail ordularının qəribə müqayisəsi


Türkiyə və İsrail ordularının qəribə müqayisəsi

BƏƏ-də fəaliyyət göstərən “Skay Nyus Arabia” telekanalı Yaxın Şərqdə gərginliyin artmasından sonra Türkiyə və İsrailin hərbi imkanlarını müqayisə edən geniş təhlil dərc edib.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Təhlildə vurğulanıb ki, Türkiyənin canlı qüvvəsi, yerli PUA/dron texnologiyası və böyük dəniz donanması sayəsində ənənəvi müharibədə İsrail üzərində açıq üstünlüyü var.

İki ölkə arasında quru sərhədinin olmaması nəzərə alınmaqla, potensial münaqişənin hava, hava hücumundan müdafiə və dəniz ətrafında olacağı ehtimal edilir və bu da Türkiyənin NATO daxilindəki strateji gücü və sürətlə böyüyən müdafiə sənayesinə diqqət çəkir.

Dünyanın ən güclü orduları arasında 8-ci yerdə olan Türkiyə Silahlı Qüvvələrinin 480.000 aktiv şəxsi heyət və 380.000 ehtiyat əsgərlə əhəmiyyətli demoqrafik üstünlüyə malik olduğu vurğulanıb. Bunun əksinə olaraq, 15-ci yerdə olan İsrail ordusu 170.000 aktiv əsgər və 450.000 ehtiyat əsgərlə fəaliyyət göstərir.

Qeyd edək ki, bu müqayisənin özü qəribə təsir bağışlayır. Çünki İsrailin 22 min kv.km ərazisi və 10 milyon əhalisi var. Türkiyə isə 784 min kv.km əraziyə və 86 milyon əhaliyə malikdir.




axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →