• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 23:41 – Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 

Zelenskidən üçtərəfli danışıqlar mesajı - Bu ölkə ev sahibliyi etməyə hazırdır


Zelenskidən üçtərəfli danışıqlar mesajı - Bu ölkə ev sahibliyi etməyə hazırdır


Türkiyə Ukrayna, ABŞ və Rusiya arasında növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətdən sonra “Telegram”da paylaşımında bildirib. "Cənab Prezident qeyd etdi ki, Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır. Biz bu təşəbbüsü yüksək qiymətləndiririk və ümid edirik ki, nəticə verəcək", - deyə Zelenski yazıb.

Zelenski, həmçinin qeyd edib ki, söhbət zamanı liderlər İran ətrafındakı vəziyyəti müzakirə ediblər. "Müharibənin eskalasiyasının qarşısını almaq və insanların həyatını qorumaq üçün təcrübəmizi bölüşməyə hazırıq, lakin bununla yanaşı, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməsi lazımdır və biz tərəfdaşlarımızdan müvafiq dəstəyə ümid edirik", - deyə Ukrayna lideri bildirib.

Zelenski Ərdoğana Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, Türkiyənin "İstəklilər Koalisiyası" çərçivəsində dəniz təhlükəsizliyinin təmin edilməsində rol oynamaq istəyinə və Ukraynanın enerji sektorunu dəstəkləmək üçün gələcək həll yollarına görə təşəkkür edib.





Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →