• 22:36 – İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb 
  • 22:22 – Vensdən İrəvanda sensasiya: Paşinyana görə, 9 milyard dollar... 
  • 19:14 – Pensiyalarla bağlı ŞAD XƏBƏR: 629 manat olacaq 
  • 21:52 – DünyaGüclü zəlzələ daha bir ölkəni silkələdi 

Vensdən İrəvanda sensasiya: Paşinyana görə, 9 milyard dollar...


Vensdən İrəvanda sensasiya: Paşinyana görə, 9 milyard dollar...


Vensdən İrəvanda sensasiya: Paşinyana görə, 9 milyard dollar...

Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqların başa çatmasını elan etməkdən qürur duyuruq.

XEBERTV.AZ   xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilən mərasimdə bildirib.

“Bu, həyata keçirildikdən sonra Amerika və Ermənistan şirkətləri üçün yol açacaq, söhbət təxminən 5 milyard dollarlıq ilkin, daha sonra isə ikinci mərhələdə daha 4 milyard dollar investisiyadan gedir. Bu, həm Ermənistan, həm də ölkəm üçün enerji təhlükəsizliyi, enerji sabitliyi baxımından qarşılıqlı faydalı bir vəziyyətdir və həm ABŞ-da, həm də Ermənistanda bir çox iş yeri yaradacaq.

Bu, kiçik modul reaktorlar deməkdir, yəni Amerika texnologiyaları bu ölkəyə gələcək. Ölkəmiz bu cür texnologiyaların başqa ölkəyə çox nadir hallarda ötürülməsini həyata keçirir və bu, Baş nazirinizin liderliyi sayəsində mümkün olub”, - deyə Vens Paşinyana jest edildiyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq ticarət və tranzit üçün yeni bir dünya açılacaq ki, bu da sülh prosesinə töhfə verəcək: “Biz yaradılan sülhün yaşamasını istəyirik”.




axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →