• 18:46 – Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video 
  • 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:42 – Trampla Netanyahu arasında telefon danışığı 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 

Tramp Baydenin israillilərlə bağlı fərmanını ləğv etdi





 




Tramp Baydenin israillilərlə bağlı fərmanını ləğv etdi

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldiyi ilk gündən çoxlu sayda sərəncam imzalayıb.

XEBERTV.AZ  xəbər verir ki, Tramp Bayden administrasiyasının işğal olunmuş İordan çayının qərb sahilində zorakılıq edən israilli məskunlaşmaçılara qarşı sanksiyalar tətbiq etmək qərarını ləğv edib.

Baydenin 2024-cü il fevralın 1-də imzaladığı sərəncamda qeyri-qanuni israilli məskunlaşmaçılar tərəfindən törədilən zorakılığın iki dövlətli həll variantına təhlükə olduğu bildirilirdi.

Həmçinin bunun israillilərin və fələstinlilərin bərabər şərtlərlə təhlükəsizlik, rifah və azadlıqdan istifadə etmələrini təmin etmək də daxil olmaqla, ABŞ-ın xarici siyasət məqsədlərinə xələl gətirdiyi vurğulanırdı.

Qeyd edək ki, Tramp sərəncamları imzalayarkən mətbuat mənsublarının Qəzza ilə bağlı suallarını da cavablandırıb:

“Qəzzada atəşkəsin qorunub saxlanacağına əmin deyiləm. Bu, bizim yox, onların müharibəsidir. Məncə, qarşı tərəf (HƏMAS) çox zəifləyib. Qəzza nəhəng bir dağıntı sahəsidir. Həqiqətən fərqli bir şəkildə yenidən qurulması lazımdır. Orada edilə biləcək bəzi gözəl işlər var, Qəzza ilə bağlı həqiqətən də böyük işlər görülə bilər”.








Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →