• 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 
  • 19:57 – Xalq artisti Tünzalə Ağayeva leopard tərzi ilə GÖZ OXŞADI 
  • 19:51 – Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü keçiriləcək 
  • 19:29 – Yasamal rayon ictimaiyyəti 20 Yanvar şəhidlərini yad etdi - Fotolar 

MDBTürk lider çaxnaşma olan ölkədə - Təhlükəsizliyi nə yerdədir?





 

Türk lider çaxnaşma olan ölkədə - Təhlükəsizliyi nə yerdədir?

Hazırda Cənubi Koreyada səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarovun həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxudur.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Askat Alagözov məlumat verib.

“Prezident və nümayəndə heyəti üçün heç bir təhlükə yoxdur”, - o qeyd edib.

Alagözovun sözlərinə görə, dekabrın 3-nə planlaşdırılan rəsmi görüşlərin sonuncusu bu yaxınlarda başa çatıb.

Dövlət başçısının mətbuat katibi xatırladıb ki, dekabrın 4-də Qırğızıstan nümayəndə heyəti vətənlərinə qayıdacaq.

Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Seok-yeol xalqa müraciət edərək ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu açıqlayıb. O, parlamentə nəzarət edən müxalif Demokrat Partiyasını “dövlət əleyhinə fəaliyyətdə” ittiham edib. Etirazçılar Seulda Milli Assambleyanın yaxınlığında toplaşıb və şəhərə hərbi texnika yeridilib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi isə ehtiyatda olan hərbçilərə xidmətə qayıtmaq əmri verib.



Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →