• 23:45 – Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi 
  • 23:36 – İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar 
  • 23:30 – 18 yaşlı qız su arxında can verdi: Epilepsiyadan əziyyət çəkirm 
  • 23:26 – Hindistanda ildırım vurması: 63 nəfər öldü... 

Cənubi Qafqaz NATO-dan çox uzaqdadır - Arkov




Cənubi Qafqaz NATO-dan çox uzaqdadır - Arkov

Stoltenberq "Şimali Atlantika Müqaviləsi Təşkilatı" adlanmaqda davam edən struktura rəhbərlik edir. Bağışlayın, lakin Cənubi Qafqaz dövlətləri Atlantikdən çox uzaqda, xüsusilə də şimaldan uzaqdır.

XEBERTV.AZ   xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.

"Etiraz oluna bilər ki, Türkiyə 70 ildən artıqdır ki, NATO üzvüdür. Lakin, birincisi, tarixdən xatırlayırıq bu hansı hadisələrin fonunda baş verdi, ikincisi, bir şey bizə deyir ki: Alyansa üzvlük məsələsi indi ortaya çıxsaydı, Ankara çox düşünərdi. Yəni NATO adı uzun müddətdir ki, maraqların coğrafiyasını əks etdirmir.

Bəyan edilmiş məqsəd və vəzifələr isə real fəaliyyətlərə uyğun gəlmir: ən azı son iyirmi ildə əsas oyunçular Alyansın digər üzvlərini xəyali olan və qalan xarici təhlükədən qorumayıb, əksinə, özləri bu təhlükəni yaradır, gərginlik nöqtələri və dünyanın müxtəlif yerlərində münaqişələri qızışdırır.

Xüsusən də Fransa Cənubi Qafqazda artıq açıq şəkildə münaqişələri qızışdırmaqla məşğuldur, Ermənistanı silahlandırır və onu “qisas”a doğru sövq edir. Demokratların tabeliyində olan ABŞ isə sülhməramlı olmaq əvəzinə, bütün dünyanı inandırmağa çalışır ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan əslində bədbəxt qurban, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan isə təcavüzkardır. Bu, şübhəsiz ki, regionda çoxdan gözlənilən sülhə kömək etmir",- o bildirib.




axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →