• 09:23 – Dünyanın ən təhlükəli meduzası rusiyalı turistin gözlərini yandırdı 
  • 09:15 – Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi 
  • 09:12 – Laçının Bəylik kəndinə daha 38 ailə yola salındı 
  • 23:04 – Tramp Netanyahudan İranla bağlı bunu tələb etdi 

Azərbaycan və Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsi müzakirə edilib

 

BAKI-XEBERTV.AZ

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarus Prezidentinin Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Sekreta arasında görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və ali səviyyədəki siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün sahələrində inkişaf etdirməsi üçün əsas rol oynadığı qeyd olunub.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı müsbət dinamikası xüsusi olaraq vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mühüm beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


oxu.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →