• 18:46 – Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video 
  • 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:42 – Trampla Netanyahu arasında telefon danışığı 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 

Ceyhun Bayramov ABŞ-ın yeni səfirini qəbul etdi





Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib.

XEBERTV.AZ xəbər verir ki,bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.

C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →