• 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:19 – Yer kürəsinin fırlanma sürəti azalır - Yeni araşdırma 
  • 09:15 – Rusiyalı həkim ağız quruluğunun səbəblərini sadalayıb 
  • 09:12 – Trampın təsviri olan 250 dollarlıq əsginaslar hazırlanır 

Rusiyalı həkim ağız quruluğunun səbəblərini sadalayıb


Rusiyalı həkim ağız quruluğunun səbəblərini sadalayıb


"Ağız quruluğunun əsas səbəblərindən biri qidalanmada kofeinin həddindən artıq olmasıdır".

XEBERTV.AZ   Lenta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim Olqa Ulankina sağlam insanlarda ağız quruluğunun - kserostomiyanın yaranması səbəblərindən danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, qəhvə və tünd çay yüngül sidikqovucu təsirə malikdir. Bu içkilər böyrəklər vasitəsilə orqanizmdən mayenin xaric olunmasını sürətləndirir ki, nəticədə toxumalardakı ümumi su həcmi müvəqqəti azalır.

"Qəhvə, tünd çay qəbulu, az su içilməsi və susuzlaşma zamanı tüpürcək vəziləri tüpürcək istehsalını azaldır. Bu mexanizm müvəqqətidir: su içdikdən sonra tüpürcək ifrazı yenidən normaya qayıdır", - deyə həkim açıqlamasında bildirib.

Ulankina əlavə edib ki, insanın yuxu zamanı ağızla nəfəs alması və ya istilik mövsümündə quru havalı otaqda yatması da ağız quruluğuna səbəb ola bilər. Onun sözlərinə görə, belə hallarda hava nəmləndiricisi və burunla nəfəs alma vərdişi problemi aradan qaldırmağa kömək edir.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →