BAKI-XEBERTV.AZ
Şəfalı əlləriniz var olsun, ağxalatlı tibb işçiləri!
El arasında belə bir söz var: sonuncu ölən ümiddir! Mən, Balakən rayonunun Qabaqçöl qəsəbəsində yaşayıram. 2023-cü ilin sentyabrında 2017-ci il təvəllüdlü qızım Sitarə ürək nahiyyəsində yaranmış ağrılardan rahat ola bilmədi.Biz, Akademik Topçubaşov adına Mərkəzin Rəhbərliyinə müraciət etdik. Müayinədən sonra təcili açıq ürək əməliyyatı keçirildi. Daha sonra isə 8 yaşlı qızım-Əsmər İbrahimovanın səhhətində ciddi problemlər yarandı.Biz, onu öncə Abşeron rayonundakı şəfa ocaqlarından birində müalicə etdirdik.Vəziyyəti ağırlaşdığına görə Əbülfəz Qarayev adına Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə gətirdilər. Qızım Əsmərdə həm qıcolma baş vermişdi, həm də böyrəklərinin sıradan çıxma ehtimalı çox idi. Tibb işçilərinin ciddi səyləri nəticəsində 1 aylıq müalicə effekt verdi.İndi Əsmərin vəziyyəti qənaətbəxşdir. Buna görə də mən Akademik Topçubaşov adına Elmi-Tədqiqat Mərkəzinin, həm də Ə.Qarayev adına Uşaq Xəstəxanasının kollektivlərinə təşəkkür edirəm. Xüsusən, Ə.Qarayev adına Uşaq Xəstəxanasının direktoru Könül Ələkbərov, direktorun pediatriya üzrə müavini Azər Xudiyev, baş həkim Şəhla Quliyeva, Reanimasiya şöbəsinin müdiri Samirə Orucovaya ailəmiz adından təşəkkür edirəm. Həkim-nefroloq Rəna Fətəliyeva sözün həqiqi mənasında hər cür mükafata layiq insandır!
Fatimə Berenqova,
Balakən rayon sakini.
16.XI.2023.