• 20:20 – Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət etdi 
  • 20:11 – Taliban və Pakistan arasında silahlı toqquşma 
  • 20:06 – Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir? 
  • 20:02 – Ukrayna əsgərləri bu şəhərdə bayraq sancdılar 

Diaspor nümayəndələrinin Şuşaya 9-cu səfəri gerçəkləşib




diaspor-numayendelerinin-susaya-9-cu-seferi-gerceklesib

Diaspor nümayəndələrinin Şuşaya 9-cu səfəri gerçəkləşib

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 21-ci və Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasının 5-ci ildönümü münasibətilə tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin mədəniyyət paytaxtımız Şuşaya 9-cu səfəri baş tutub.

XEBERTV.AZ  Qafqazinfo” -ya istinadən xəbər verir ki, “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində doqquzuncu dəfə gerçəkləşən səfərdə 24 ölkədən gələn 100-dən çox diaspor nümayəndəsi iştirak edib.

Səfər proqramına ənənəvi olaraq “Bazarbaşı” meydanının, Cıdır düzünün, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydanın, Şuşa Bəyannaməsinin imzalandığı məkanın, Xurşidbanu Natəvanın evinin, “Xan qızı bulağı”nın, Molla Pənah Vaqifin məqbərəsinin, Üzeyir Hacıbəyovun heykəlinin, Bülbülün ev-muzeyinin,  Gəncə Qapısının, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərinin və digər görməli yerlərin ziyarəti daxil edilib. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.

Səfərin sonunda diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər. Eyni zamanda onlara xüsusi diqqət və qayğı göstərən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →