• 23:29 – Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! 
  • 23:23 – Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili 
  • 23:18 – Leyla Rəhimova möhtəşəm konsert proqramı ilə çıxış etdi 
  • 21:40 – Ərdoğan Meloni ilə qlobal məsələləri müzakirə etdi 

Muğam Mərkəzində Əməkdar artist Aleksey Miltıxın konserti olub

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar artisti, violonçelçalan Aleksey Miltıxın konserti olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Solo” adlı konsert proqramında klassik, müasir elektron və rok musiqisi səsləndirilib.

Konsert proqramında konsertmeyster, Azərbaycan Dövlət Akademik Filarmoniyasının artisti Lalə Bağırzadə, beynəlxalq festivallar laureatı Xəyal Əliyev, balerina, “Yaşlek” Tatar Gəncləri Mərkəzinin yetirməsi Esfir Quliyeva, Rusiyadan qonaq gəlmiş bəstəkar Qleb Andrianov, beynəlxalq festivallar laureatı Vüqar Məmmədzadə və “The Passion” kvarteti çıxış edib.

Təşkilatçısı və təşəbbüskarı “StolitsA.rt” şirkəti olan layihə Beynəlxalq Muğam Mərkəzi və Bakıdakı Rus Evinin dəstəyi ilə ərsəyə gəlib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →