• 22:54 – Baqrat İrəvanda XAL İTİRDİ: Azərbaycanla sərhədə qayıdır 
  • 22:47 – Ən yüksək nəticəni bu məktəbin məzunu göstərdi 
  • 22:43 – Əgər bu ölkə Ukraynaya silah ötürsə… - Putin 
  • 21:05 – Ermənistana ordu göndərilməsi üçün Makrona müraciət edildi 

“Ana dili - milli varlığın təməli” kitabının təqdimatı olub

Fevralın 21-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə professor Vaqif Sultanlı və yazıçı-publisist İrəc İsmayılın birgə tərtib etdiyi “Ana dili - milli varlığın təməli” kitabının təqdimatı olub. Kitabda Azərbaycanın bir çox görkəmli alimlərinin dilin ayrı-ayrı problemlərinə həsr olunmuş məqalələri toplanıb.

Tədbirin aparıcısı görkəmli türkoloq, professor Tofiq Məlikli Azərbaycan dilinin siyasi statusu ilə bağlı məqamları vurğulayıb, Sovet İttifaqının dağılmasından sonra milli dilin inkişafı istiqamətində görülən və görülməsi zəruri olan məsələlərə toxunub.

Akademik Nizami Cəfərov Azərbaycan türkcəsinin mifoloji qatları, folklor qaynaqları, tarixi kökləri, türk dilləri içərisində yeri, o cümlədən çağdaş problemlərinə toxunub, həmçinin dilin adı ilə bağlı bu və ya digər şəkildə davam etməkdə olan mübahisələrə aydınlıq gətirib.

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı kitabın nəşrə hazırlanmasının səbəblərinə diqqət çəkib, Güney Azərbaycanda qırx milyondan artıq türkün ana dilində təhsil imkanlarının olmamasını milli dili təhdid edən mühüm amil kimi dəyərləndirib.

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli ana dilinin saflığının qorunmasında mətbuatın rolundan və televiziyaların üzərinə düşən vəzifələrdən bəhs edib.

Daha sonra professorlar Həbib Zərbəliyev, Rüstəm Kamal, Almaz Əliqızı, Paşa Qəlbinur, Rahid Ulusel, dosent Namik Murad, Türkiyə alimi Seyfəddin Altaylı, Misirin Ayn Şəms Universitetinin professoru Əhməd Sami Elaydi, folklorçu alim Əli Şamil, yazıçı Bəsti Əlibəyli və başqaları çıxış edərək nəşr olunan kitabın özəllikləri barədə fikir və mülahizələrini bildiriblər.

Müzakirələrdə, həmçinin türk xalqları arasında ortaq ünsiyyət dili ilə bağlı məsələlərə toxunulub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →