• 10:10 – Tramp 1 saat ərzində 7 bəyanat verib, heç biri doğru deyil... 
  • 10:01 – İran müharibəsi: ABŞ-ın bir yolu qalıb... 
  • 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:43 – Ermənistan hava məkanını bağlayır - Bu tarixdə 

Londonda BAFTA mükafatı laureatlarının adları açıqlanacaq

Fevralın 19-da Londonda BAFTA (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) kino mükafatı laureatlarının adları açıqlanacaq.

AZƏRTAC BAFTA-nın saytına istinadla xəbər verir ki, müsabiqəyə 45 film təqdim olunub və mükafat 25 kateqoriya üzrə veriləcək.

Alman rejissor Edvard Bergerin “Qərb cəbhəsində yenilik yoxdur” filmi müsabiqəyə 14 kateqoriya üzrə təqdim edilib. Erix Mariya Remarkın eyniadlı romanı əsasında çəkilmiş bu ikisaatlıq ekran əsəri “Ən yaxşı film”, “İngilis dilində olmayan ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı uyğunlaşdırılmış ssenari”, “Ən yaxşı ikinci plan kişi rolu”, “Ən yaxşı kastinq”, “Ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı montaj” nominasiyaları üzrə təqdim edilib. Film “Bürünc maska”nı, həmçinin quruluşçu rəssam, kostyumların dizaynı, makiyaj və saç düzümü, vizual effektlər işinə görə ala bilər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →