• 20:24 – Ukraynada cəbhə xətti "DONDURULDU" - Hər şey hədəfə çevrilə bilər 
  • 20:04 – ABŞ-da 22 milyon əhaliyə xəbərdarlıq edildi 
  • 19:58 – Ukrayna Azərbaycan qazını öz anbarlarında saxlamaq istəyir 
  • 23:14 – Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü nə vəd edir? 

Gənclər Kitabxanasının əməkdaşları Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar materiallar hazırlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar hazırladıqları materialları virtual rejimdə istifadəçilərə təqdim ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda mütaliənin, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində olan əvəzsiz rolundan, faydalarından bəhs edilir. Videoçarxda Kitab Bağışlama Gününün tarixi, məqsədi, qeyd edildiyi dünya ölkələri haqqında geniş məlumat verilir, bu günün kifayət qədər müasir və gənc bayram olduğu qeyd edilir. Materiallarda, həmçinin Gənclər Kitabxanasında mütaliə ilə əlaqədar keçirilən tədbir, aksiya və görüşlərdən fotolar da nümayiş olunur.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →