• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

“Kinokonsert” multimedia şousu

Fevralın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yerləşən Opera Studiyasında "Kinokonsert" adlı multimedia şousu təqdim olunacaq.

BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert proqramında yüksək bədii zövqlə yeni aranjeman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərləri səsləndiriləcək.

Qeyd edək ki, orta və yaşlı nəslin nümayəndələri səsləndirilən nostalji musiqi nömrələrinin sayəsində gənclik illərini, yaşadıqları anları xoş xatirələr kimi yada salmaq imkanına sahib olacaqlar.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →