• 22:17 – Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir 
  • 22:10 – İran və ABŞ qapalı formatda danışıqlar aparır 
  • 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:06 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində 

Elçin Cəlilovu narkoman edən Xalq artistinin adı AÇIQLANDI - FOTO

Narkotik vasitələrdən həddən artıq dozada istifadə etdiyinə görə həyatını itirmiş tanınmış müğənni Elçin Cəlilov barədə müzakirələr səngimir.

Lent.az-ın məlumatına görə, buna səbəb Elçin Cəlilovun yaxın qohumu müğənni Vüqar Muradovun onu narkotik vasitələrə məşhur bir sənətçinin alışdırdığını deməsi olub. O, efirdə ad çəkməsə də, həmin ifaçını “qoca kaftar” adlandırıb.

Sosial şəbəkələrdə həmin şəxsin adını açıqlayan Vüqar Muradov onun skripka ifaçısı Natiq Nuriyev olduğunu söyləyib və daha bu barədə danışmaq istəmədiyini deyib. Sosial şəbəkələrdə də ifaçını tanıyan bir çoxları Natiq Nuriyevin adını çəkərək, məhz onun Elçinin ölümünə bais olduğunu yazıblar.

Qeyd edək ki, mərhum Elçin Cəlilov da bir zamanlar müğənni Emil Rəhmanoğlunu öz təsiri altına almış, onun narkotiklərdən istifadə etməsinə səbəb olmuşdu.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →