• 20:19 – Dövlət büdcəsi pensiya xərclərini tam qarşılamır? 
  • 20:09 – Bayramovla ABŞ rəsmisi arasında kritik görüş 
  • 19:39 – Azərbaycan İƏT-in iclasında belə təmsil olundu 
  • 19:35 – Putin geri çəkilir, güzəştlərə gedir - Tramp 

Polad Bülbüloğlu Daşkənddə konsert verəcək

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu bu gün MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin Daşkənddə keçiriləcək konsertinin solisti olacaq.

AZƏRTAC xəbər verir ki, dirijor pultunda Rusiyanın xalq artisti Sergey Skripka, azərbaycanlı dirijor Murtuza Bülbüloğlu, özbək dirijor Alibek Kabduraxmanov və onun türkmən həmkarı Rəsul Kliçev öz məharətlərini nümayiş etdirəcəklər.

Konsert MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində təşkil olunur. Dekabrın 14-dək davam edəcək Forumda Birlik üzvü olan ölkələrin tanınmış incəsənət xadimləri, idmançıları və alimləri iştirak edirlər.

Qeyd edək ki, Orkestr 2007-ci ildə MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (GHDJ) dəstəyi ilə yaradılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →