• 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 
  • 18:33 – GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK 
  • 23:45 – İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp 
  • 23:40 – Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO 

GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK

BAKI-XEBERTV.AZ

GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK
Black Media şirkətinin təşkilatçılığı, Marat Bəxtiyarovun rəhbərliyi ilə Türkiyənin sevilən pop ulduzu Gülben Ergen Bakıda konsert proqramı ilə çıxış edəcək. Bakı Konqres Mərkəzində keçiriləcək konsert Zəfər Bayramına həsr olunub və böyük maraqla gözlənilir.
Konsert öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələrinin suallarını cavablandıran sənətçi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Gülben Ergen Azərbaycan xalqının Zəfər Bayramında Bakıda səhnəyə çıxmağın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Çox sevərək gəlmişəm, sizin üçün çox darıxmışdım. Bakıdakı səfərimdən artıq 18 gün keçir. Sabah axşam Bakı Konqres Mərkəzində konsertimiz olacaq. Amma bu, adi konsertdən daha artıq məna daşıyır. Çünki arxasında böyük zəhmət hesabına qazanılmış Zəfər var. Bu qələbə Azərbaycan xalqı üçün çox önəmlidir, mənim üçün də böyük əhəmiyyət daşıyır. Zəfər Bayramınızda sizin üçün mahnı oxumaqdan çox xoşbəxtəm”.
Sənətçi Azərbaycan-Türkiyə qardaşlığından danışaraq iki xalq arasında münasibətlərin onun üçün xüsusi məna daşıdığını bildirib.
“Mən ‘qardaş ölkə’ ifadəsini heç vaxt sadəcə söz xatirinə işlətmirəm. Bunu bütün qəlbimlə deyirəm. İllər ərzində yalnız mahnılarla deyil, seriallarla da birlikdə unudulmaz xatirələr yaratmışıq. ‘Dadı’, ‘Marziye’ və ‘Fırat’ kimi seriallarda da qarşılıqlı olaraq çox gözəl xatirələrimiz olub. Bu xatirələri təkbaşına deyil, hamımız birlikdə yaratmışıq.
İllər keçdikcə sosial media inkişaf etdi. Instagram-da, Twitter-də bir-birimizin xoş və çətin günlərini, qələbələrini, acılarını, itkilərini, zəlzələlərini və ağır günlərini paylaşdıq. Ona görə də qardaş ölkə ifadəsini bütün qəlbimlə söyləyirəm. Bir-birimizi görəndə bu qədər sevinməyimizin səbəbi də budur”.
Gülben Ergen Azərbaycana olan sevgisindən danışaraq burada olmaqdan məmnunluğunu bir daha vurğulayıb və pərəstişkarlarını konsertə dəvət edib.
“Burada olduğum üçün çox xoşbəxtəm. Bunu xüsusilə vurğulamaq istəyirəm: Zəfər Bayramınızda sizin üçün mahnı oxumaqdan böyük sevinc duyuram. Hamınızı konsertimizə gözləyirəm”.
Sənətçi teatr fəaliyyəti ilə bağlı suala cavabında “Gırgıriye” tamaşasının böyük heyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, layihədə təxminən 150 nəfər iştirak edir. Gülben Ergen bu tamaşanın Azərbaycanda da nümayiş olunmasını arzuladığını qeyd edib və Müjdat Gezenlə Ferhan Şensoya salamlarını çatdıracağını bildirib.
Müsahibə zamanı aktrisa «Dadı» serialında Kenan Işıkla birgə çalışdığı günləri də xatırlayıb. O, serialın hələ də tamaşaçıların yaddaşında yaşadığını deyib.
“‘Dadı’ serialı hələ də həyatımızın bir parçasıdır. Sanki dünən, ötən həftə bir bölüm çəkilmiş kimi hiss olunur. Artıq Halim Doğan və Kenan Işık aramızda yoxdur. Allah hər ikisinə rəhmət eləsin, məkanları cənnət olsun. Çox darıxdığım iki dəyərli sənətkar, dostum, böyüyüm, müəllimim idilər. Hər ikisini sevgi və hörmətlə yad edirəm”.
Türkiyədə həyata keçirdiyi sosial layihələrdən də danışan Gülben Ergen “Çocuklar Gülsün Diye” təşəbbüsü çərçivəsində ölkə üzrə 61 uşaq bağçasının açıldığını bildirib. Sənətçi gələcəkdə bu layihəni Azərbaycanda da reallaşdırmaq arzusunda olduğunu vurğulayıb.
“Çocuklar Gülsün Diye’ layihəsi çərçivəsində Türkiyənin müxtəlif bölgələrində artıq 61 uşaq bağçası açılıb. İnşallah, bir gün ölkəmizdəki iqtisadi və sosial problemlər aradan qalxar, biz də rahat nəfəs alarıq. Mən də Azərbaycanda bu layihə çərçivəsində bir uşaq bağçası açaram. Siz bunu belə səmimi şəkildə dilə gətirəndə mən də cəsarətləndim. Bu, çox gözəl olardı.
Bunun üçün Türkiyənin Milli Təhsil Nazirliyi ilə Azərbaycanın müvafiq qurumları arasında birgə protokol imzalanmalı və mənə icazə verilməlidir. Mən uşaqları o qədər çox sevirəm ki, ‘Çocuklar Gülsün Diye’ layihəsi üçün dünyanın istənilən yerinə gedə bilərəm”.
Sənətçi Azərbaycandakı istedadlı uşaqlara da diqqət çəkib. Sosial şəbəkələrdə nağara çalaraq mahnı oxuyan balaca bir uşağın videosunu gördüyünü bildirən Gülben Ergen onunla tanış olmaq istədiyini deyib.
“Azərbaycanda nağara çalaraq mahnı oxuyan balaca bir uşaq var. Onun videosunu tapıb sizə göstərəcəyəm. Həmin uşağı mənimlə tanış edin. Çox şirindir, inanılmaz istedadı var. Balaca olmasına baxmayaraq, nağara çalaraq mahnı oxuyur. Adını indi xatırlaya bilmirəm, amma tapacağam”.
Gülben Ergen müsahibəsinin sonunda bir daha bütün Azərbaycan xalqını salamlayıb və sabah keçiriləcək konsertdə pərəstişkarlarını gözlədiyini bildirib.
Müəllif: İsmayıl Zaman

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →