• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

Mark Eliyahu Bakıda konsert verib


Mark Eliyahu Bakıda konsert verib

BAKI-XEBERTV.AZ

[21:20, 2025-05-06]  

Dünyaca məşhur kamança və bağlama ustası, dərin melodiyaların ustadı Mark Eliyahu 4 may 2025-ci il tarixində Bakının ən mötəbər konsert məkanlarından biri olan Heydər Əliyev Sarayında möhtəşəm çıxışla yadda qaldı.
Uzun müddət musiqi sevərlərin yaddaşında qalacaq bu konsert Event Office tərəfindən təşkil olunub. Səhnədə biri-birindən fərqli və ruh oxşayan əsərlərini səsləndirən sənətçi, Azərbaycan dilində çıxış edərək sevənlərini salamlayıb və onlara dərin təşəkkürünü bildirib.
Konsertdən sonra açıqlama verən Mark Eliyahu Bakı ilə bağlı təəssüratlarını belə bölüşüb:
“Bakı möhtəşəmdir. Buradan xüsusi ilham alıram. Bu şəhərdən ürəyimə od düşür və hər dəfə geri qayıtmaq mənə böyük hisslər yaşadır. Məni sevən insanlarla tanış olmaq heyrətamizdir. Onların sevgisini hiss edirəm. Xoşbəxtəm. Bakıda olanda özümü evdə hiss edirəm. Bura doğmadır. Mədəniyyəti və insanları çox fərqlidir. Bu, əla hissdir.”




Zeynəb Nemətzadə


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →