• 13:40 – Hicaba nəzarətin azalmasından sonra İranda gecə həyatı.. 
  • 13:20 – Bakıda İtaliya Mətbəxi Həftəsinə Start Verildi 
  • 20:14 – Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı 
  • 20:10 – Məşhur bloger BANK AÇIR 

Bakıda İtaliya Mətbəxi Həftəsinə Start Verildi









BAKI-XEBERTV.AZ


İtaliyanın Azərbaycandakı səfirliyi və İtaliya Ticarət Agentliyi (ITA) tərəfindən təşkil olunan bu tədbir “Dünya İtaliya mətbəxi həftəsinin X buraxılışı” çərçivəsində keçirilir.

Bildirilib ki, builki tədbirin mövzusu “İtaliya mətbəxi: sağlamlıq, mədəniyyət və innovasiya” adlanır.

Mətbuat konfransında çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko qeyd edib ki, İtaliya Xarici İşlər Nazirliyi tərəfindən təşəbbüs göstərilən bu layihə eyni vaxtda bir çox ölkələrdə həyata keçirilir. Onun sözlərinə görə, həftənin mövzusu üç əsas istiqaməti əhatə edir – sağlamlıq, mədəniyyət və yenilik.

Səfir vurğulayıb ki, bu tədbir UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına namizəd olan İtaliya mətbəxinin mədəni dəyərlərini ön plana çıxarmaq, eyni zamanda düzgün qidalanma və sağlam həyat tərzinin əhəmiyyətinə diqqət çəkmək məqsədi daşıyır. “Bu təşəbbüs, həm də BMT-nin qeyri-yoluxucu xəstəliklərin qarşısının alınmasına dair yüksək səviyyəli görüşlərində İtaliyanın mövqeyi ilə üst-üstə düşür,” – diplomat bildirib.

Bu ilki tədbirdə İtaliyanın ən tanınmış restoranlarından biri – Bergamo şəhərində yerləşən, üç Michelin ulduzlu “Da Vittorio” restoranı da iştirak edir.

İtaliya Ticarət Agentliyinin direktoru Çeçiliya Oliva çıxışında deyib ki, son illərdə İtaliya məhsullarına olan maraq dünyada və Azərbaycanda nəzərəçarpacaq dərəcədə artıb:
“Ötən il İtaliyadan Azərbaycana ixrac 10 faiz, bu ilin ilk altı ayında isə 14 faiz artıb. Bu, İtaliya məhsullarına və həyat tərzinə olan marağın göstəricisidir. Biz bu əməkdaşlığı daha da genişləndirmək istəyirik.”

O, həmçinin qeyd edib ki, İtaliyanın hər bir regionu özünəməxsus mətbəxə malikdir və bu müxtəliflik ölkənin kulinariya irsini daha da zənginləşdirir.

Tədbirin sonunda “Da Vittorio” restoranının baş aşpazı Enrico Cerea iştirakçılara master-klas təqdim edib. O, 60 ildən çox tarixə malik restoranın təcrübəsindən danışaraq, İtaliya mətbəxində keyfiyyətli məhsul seçiminin xüsusi rol oynadığını vurğulayıb.
Xəbərin

videosu:https://m.youtube.com/watch?v=ZDauqM5ef54


Müəllif: İsmayıl Quliyev

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →