• 22:10 – Azərbaycan güləş hakimliyi uğura imza atıb. 
  • 20:13 – Ukrayn “Patriot” raketlərini təhvil aldı 
  • 20:09 – Erməni cinayətləri bir-bir ortaya çıxır - Xəbərlərin 20:00 buraxılışı 
  • 19:59 – Fransa qoşunları Ukraynanın Slavyansk şəhərində? 

Bakı Dövlət Sirkinin yaz mövsümündə proqramı davam edir

Bakı Dövlət Sirkində yaz mövsümü üçün tərtib edilmiş “DZİVA” adlı şou proqram nümayişi davam edir.

AZƏRTAC xəbər verir ki, şounun təşkilatçısı Monte Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovdur.

Proqramda Monte Karlo festivalının iştirakçıları, eləcə də “Cirque du Soleil”in (Dü Sale) səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edirlər. Parisdə sirk festivalında bürünc medal qazanmış jonqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları – Oleq fon Suvoroff və Andrey Jiqalovun duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrilovun şir və pələnglərinin unikal çıxışları proqramın bənzərsiz nömrələrdir.

Hava gimnastları qrupunun qeyri-adi fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi də şouya xüsusi rəng qatır. Bakı Dövlət Sirkinin artisti Günay Nuriyevanın “Kauçuk qız” nömrəsi də xüsusi maraqla qarşılanır.

Qeyd edək ki, Bakı Dövlət Sirkində yaz proqramı aprel ayının 30-dək həftənin şənbə və bazar günləri tamaşaçıların ixtiyarında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →