• 16:03 – Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır 
  • 15:55 – Malidə bu şəhər ələ keçirildi: Rusları buradan qovacağıq 
  • 15:50 – Yaponiya ABŞ-dan xam neft aldı 
  • 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 

“Bir gecənin nağılı" “M Teatr”ın səhnəsində

Martın 17-də müstəqil “M Teatr”ın (“Mənim teatrım”) səhnəsində “Bir gecənin nağılı" adlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Elnur İsmayılov, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır.

Səhnə həlli tamaşaçıya aktyorlar Cavid Baba və Aydan Həsənzadənin təqdimatında çatdırılır.

Qeyd edək ki, səhnə əsərində gənc bir qız sevmədiyi birinə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə parkda bir oğlanla rastlaşır və bu təsadüfi görüş hər iki gəncin həyatını dəyişir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →