• 22:50 – 2027-ci ildə maaşlar nə qədər artacaq? 
  • 20:24 – Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd etdi 
  • 20:20 – Eşidənlər küçələrə düşüb axtarmağa başladı: Qramı 6 mindir 
  • 20:17 – Rayonlara dolu düşəcək, sulu qar yağacaq 

Rəssam Vəfa Əsədin fərdi sərgisi

Bakıdakı Rus Evinin sərgi zalında “ArtSelince” brendinin yaradıcısı, gənc istedadlı rəssam Vəfa Əsədin fərdi sərgisi aprelin 5-dək davam edəcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, bu, əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən sərgilərdə dəfələrlə iştirak etmiş rəssamın ilk fərdi sərgisidir.

Rəssamın yaradıcılığı ilə yaxından tanış olmaq istəyənlər həftəiçi saat 10:00-dan 18:00-dək sərgini ziyarət edə bilərlər.

Giriş pulsuzdur.

Ünvan: Üzeyir Hacıbəyli küçəsi, ev 77B.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →