• 21:24 – Estoniya parlamentindən Xocalı soyqırımı ilə bağlı - Bəyanat 
  • 21:19 – Qərbin sanksiyaları çoxdan mənasını itirib - Qrızlov 
  • 21:13 – Dnepropetrovskda PUA-ların istehsal olunduğu anbar vuruldu 
  • 21:02 – Buna görə Ermənistan dövləti məsuliyyət daşıyır 

Azərbaycan xalçaları ABŞ-də sərgilənəcək

Vaşinqtonda “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərinin artırılması həftəsi” elan olunub


Azərbaycan xalçalarının dünyaya tanıdılması məqsədilə xaricdə sərgilərin təşkil edilməsi, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması istiqamətində “Azərxalça” ASC-nin növbəti fəaliyyəti Azərbaycan xalçalarının və xalça toxuculuğu ənənələrinin ABŞ-da tanıdılması yönündədir.

Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında əldə olunmuş əməkdaşlıq razılaşmasına əsasən, növbəti il ərzində “Azərxalça” ASC istehsalı əsl əl işi, “Made in Azerbaijan” markalı xalçaların həm Vaşinqton, həm də digər ştatların ərazisində sərgi və satışının təşkil olunmasına imkan yaradılacaq.

Xalçaların ilk sərgisi 2023-cü ilin martın 27-də Azərbaycan Ticarət Palatası ofisinin qalereyasında baş tutacaq. Açılışda hər bir xalçanın arxasında dayanan sənətkarlıq, xüsusi bacarıq, məharət və tarix fonunda Azərbaycanın zəngin mədəni irsi hər kəsə təqdim olunacaq.

“Azərxalça” ASC Azərbaycanda say etibarilə işçilərinin böyük hissəsinin qadınlar təşkil edən, regionlarda qadınları ən çox işlə təmin edən qurumlardan biridir. Cəmiyyətin ana məqsədlərindən biri də məhz region qadınlarının inkişafına dəstək, onların işlə təmin olunması, sosiallaşması və fərd kimi cəmiyyətin yararlı bir hissəsinə çevrilməsinə dəstək olmaqdan ibarətdir. Bu məqsədlə “Azərxalça” ASC emalatxanalarındakı tədris mərkəzlərində həmin emalatxanaların peşəkar kadrları tərəfindən yeni toxucuların hazırlanması, ixtisaslarının artırılması və unudulmuş texnologiyaların toxuculara öyrədilməsi prosesini mütəmadi olaraq həyata keçirir.

Kənd qadınlarının səlahiyyətlərinin artırılmasının gender bərabərsizliyi, kənd yoxsulluğu və qlobal kənd-şəhər artım fərqi ilə mübarizədə mühüm komponent olmasını, gender bərabərliyinə nail olmaq və bütün dünyada qadınların səlahiyyətlərini artırmaq Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi (SDG) ilə birbaşa bağlılığını, Qlobal Azərbaycan diasporunda təqribən 50 milyon insanın olması və Vaşinqtonun Azərbaycan əsilli insanların yaşadığı ilk 10 yaşayış məntəqəsi arasında olması və ən əsası, 27 martda təşkil olunacaq “Azərbaycan xalçaları” sərgisini nəzərə alaraq, ABŞ-nin paytaxtı Vaşinqtonda elan olunan “Qadın tarixi ayı” çərçivəsində şəhər meri Mariel Bauzer 27-31 mart tarixlərini “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan edib.

Həftə ərzində Azərbaycan qadını, xalçaçılarımız və onların əl işləri haqqında sərgiyə baş çəkəcək hər kəsə geniş məlumat təqdim olunacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →