• 20:50 – Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video 
  • 20:40 – İsveç və Norveç nüvə çəkindirmə məsələsində Fransa ilə əməkdaşlıq etməyə hazırdır 
  • 20:36 – İran İsrailin komandanlıq mərkəzinə zərbə endirdi 
  • 20:31 – Hörmüzdə keçid gözləyən gəmilərin sayı... 

Kərim Vəliyev “Will Rogers” aviasiya bazasını ziyarət edib

Kərim Vəliyev “Will Rogers” aviasiya bazasını ziyarət edib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.

Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.

Kərim Vəliyev “Will Rogers” aviasiya bazasını ziyarət edib
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →