• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

Bakıda evdən qumbara tapılıb

Bakıda evdən qumbara tapılıb

Fövqəladə Hallar Nazirliyinə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonunda mənzillərin birində partlayıcı-sursat olması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Polis əməkdaşları tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra XRXX-nin minalardan təmizləmə üzrə çevik qrupu tərəfindən Yasamal rayon sakininin kirayə yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →