• 23:00 – İsrail ordusu "Hizbullah"ın infrastrukturuna növbəti zərbələr endirdi 
  • 22:41 – Zirəddindən "Titanik"də tapılan şərabla bağlı şok iddia... 
  • 22:04 – Belarus Prezidenti: “Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq” 
  • 21:50 – Hizbullah İsrailə rekord sayda raket atdı 

Azərbaycan dağlarında buzlaqların sahəsi azalır

Azərbaycan dağlarında buzlaqların sahəsi azalır

Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarında buzlaqların sahəsi ildən-ilə azalır.

Bunu bu gün "Azərkosmos"un aparıcı mütəxəssisi İsmət Baxışov Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın dağlıq rayonlarında qarlı ərazilərdə azalma var.

"2017-ci ildə qarla örtülmüş ərazilər daha çox olduğu halda, 2018-2019-cu illərdə azalma qeydə alınıb. 2020-2021-ci illərdə bu rəqəm artıb, 2022-ci ildən isə yenidən qarlı ərazilərdə azalma müşahidə olunub", - deyə Baxışov bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →