• 19:28 – Bakıda güclü külək: xəsarət alanların sayı artdı 
  • 19:17 – Bəyaz Aslanın Qələbə Salnaməsi 
  • 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:57 – Putin hər zaman formada qalmağın SİRRİNİ AÇDI 

Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşüb

Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşüb

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →