• 22:17 – Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir 
  • 22:10 – İran və ABŞ qapalı formatda danışıqlar aparır 
  • 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:06 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində 

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 26-da Gəncə şəhərinin İ.Cəfərli küçəsində müəyyən edilməmiş avtomobilin yolu keçən şəhər sakini N.Hüseynovanı vurması və xəstəxanaya yerləşdirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ 2107” markalı avtomobil ilə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən, qeyd edilən avtomobilin sürücüsü - şəhər sakini Sənan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →