• 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:51 – Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi 
  • 20:45 – Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram... 
  • 20:40 – Ruhun Bayraqla Yüksəlişi 

İpoteka kreditlərinin verilməsi qaydasında dəyişiklik edilib

İpoteka kreditlərinin verilməsi qaydasında dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilir:

- 3.2.1-ci yarımbəndin 1-ci, 1-1-ci və 2-ci abzasları aşağıdakı redaksiyada verilsin:

“1. şəhidin övladları;

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları.

- Azərbaycanın Milli Qəhrəmanının övladları;”.

- 3.2.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.9 – 3.2.11-ci yarımbəndlər əlavə edilsin:

“3.2.9. şəhid ailəsinin üzvü (əri/arvadı);

3.2.10. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);

3.2.11. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →