• 22:36 – İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb 
  • 22:22 – Vensdən İrəvanda sensasiya: Paşinyana görə, 9 milyard dollar... 
  • 19:14 – Pensiyalarla bağlı ŞAD XƏBƏR: 629 manat olacaq 
  • 21:52 – DünyaGüclü zəlzələ daha bir ölkəni silkələdi 

Nərimanovda Zəfər Günü təntənəli şəkildə qeyd edildi

Nərimanovda Zəfər Günü təntənəli şəkildə qeyd edildi

Nərimanov rayonunda 8 noyabr – Zəfər Günü təntənəli şəkildə qeyd edilib.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində rayon rəhbərliyi, millət vəkilləri, ziyalılar və şəhid ailələrinin üzvləri iştirak edib.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, Prezident cənab İlham Əliyevin dahi rəhbərliyi, böyük cəsarəti və əzmkarlığı nəticəsində, həmçinin Azərbaycan oğullarının qəhramanlığı sayəsində biz bu gün Zəfər bayramını qeyd edirik. Vətən Müharibəsində qazanılan Şanlı Qələbə təkcə Azərbaycan tarixinin deyil, həm də dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biridir.

Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbir iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →