• 10:10 – Tramp 1 saat ərzində 7 bəyanat verib, heç biri doğru deyil... 
  • 10:01 – İran müharibəsi: ABŞ-ın bir yolu qalıb... 
  • 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:43 – Ermənistan hava məkanını bağlayır - Bu tarixdə 

Bərdə sakini ov tüfəngi ilə həmkəndlisinə atəş açıb

Bərdə sakini ov tüfəngi ilə həmkəndlisinə atəş açıb

Bu gün saat 13 radələrində Bərdə rayonunun Bala Qəcər kəndi ərazisində kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub. Ondan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi götürülüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →