• 23:45 – Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi 
  • 23:36 – İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar 
  • 23:30 – 18 yaşlı qız su arxında can verdi: Epilepsiyadan əziyyət çəkirm 
  • 23:26 – Hindistanda ildırım vurması: 63 nəfər öldü... 

“203 min manat qurultay üçün “semiçka” puludur” - Aqil Abbas

“203 min manat qurultay üçün “semiçka” puludur” - Aqil Abbas

“Xalq yazıçısı Çingiz Abdullayev ona ünvanlanan suala sakitcə cavab verə bilərdi, yaxud deyərdi ki, indi yeri deyil. Ancaq əsəbləşib, belə cavab verməsi düzgün olmadı. Gərək, elə ifadələr işlətməzdi”.

Region media informasiya agentliyi xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Xalq yazıçısı Çingiz Abdullayevin jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.

Xəbəri rus dilində oxuyun: “203 000 манатов для такого съезда - это “деньги на семечки””

Ç.Abdullayevi qınayan deputat bildirib ki, jurnalist sual verirsə, ona cavab vermək lazımdır: “Mənə də sensasiyalı suallar verirlər. Mən həmin sualları təmkinlə cavablandırıram. Hətta heç mənə aidiyyəti olmayan sual olsa belə, cavab verirəm. Məsələn, “mən həmin sualın mövzusundan xəbərsizəm” deyirəm. O cür qurultayın sonunda belə bir söhbətin olmasını istəməzdim. Çingizin adı, gərək, belə hallanmazdı”.

Qurultayın keçirilməsi üçün 203 min manat vəsaitin ayrılmasına gəlincə, deputat bunun təəccüblü olmadığını söyləyib. A.Abbas vurğulayıb ki, 203 min manat belə qurultay üçün “semiçka” puludur:

“203 min manat Azərbaycan Yazıçılar Birliyinin dünənki qurultayı üçün nədir ki? 30-40 qonaq çağırılmışdı. Hamısı da təyyarə ilə gəlmişdi. Beləliklə, bu vəsait təkcə bilet pulunu ödəyir. Qonaqlar üç gündür buradadır. Onların yemək pulu, hotel pulu var. Cangüdənlər də fəaliyyət göstərirdi”.

Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?!” deməsi böyük qalmaqala səbəb olub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →