• 20:48 – Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edildi 
  • 20:41 – Azərbaycandan Bolqarıstana neft ixracı artdı 
  • 20:38 – Tiktokda canlı yayımda söyüş söyən qadın saxlanıldı 
  • 20:35 – Bu MMC-nin lisenziyası ləğv edildi 

Sabirabadda ər arvadını bıçaqlayıb

Sabirabadda ər arvadını bıçaqlayıb

Oktyabrın 20-si Sabirabad rayonu ərazisində 1996-cı il təvəllüdlü Təhminə İsayevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Asəf İsayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Asəf İsayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →