• 21:12 – Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB 
  • 19:03 – 801-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 19:00 – Gürcüstan hökuməti Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirir - ŞƏRH 
  • 18:56 – Şəkidə iki nəfər ov silahı ilə öldürüldü 

Prezidentdən bu memarlarla bağlı - Sərəncam

Prezidentdən bu memarlarla bağlı - Sərəncam


Prezident İlham Əliyev Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Sərəncam imzalayıb.
Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, memarlıq sənətinin təşəkkülündə mühüm xidmətləri olan görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Useynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Bakı şəhərində görkəmli memarlar Mikayıl Useynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →