• 21:40 – Tokayev: "Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir" 
  • 21:27 – "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın oyunları "TVNET"də 
  • 21:25 – Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu 
  • 21:17 – Rusiyadan Qəzzafinin oğlunun öldürülməsinə reaksiya... 

Türk iş adamları Sumqayıt Kimya Sənaye Parkında olublar

Türk iş adamları Sumqayıt Kimya Sənaye Parkında olublar

İzmir Ticarət Evinin tərkibinə daxil olan şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, görüşdə Türkiyədə müxtəlif sahələrdə fəaliyyət göstərən 10-dan çox şirkətin nümayəndəsi iştirak edib. Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklarda yaradılmış əlverişli şərait, investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanlarına dair müzakirə aparılıb. Türk iş adamları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, sürtkü yağları və müxtəlif növ tikinti məhsullarının istehsalı müəssisələri ilə tanış olublar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →