• 21:35 – "Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazanıb 
  • 21:20 – Sabah Bakıya qar yağacaq 
  • 21:17 – Putin Pezeşkianla da danışdı: Vəziyyət son dərəcə gərgindir... 
  • 19:05 – İki plan var: ABŞ yaxın saatlarda İranı vuracaq - Rejimin taleyi necə olacaq? 

BMT İnkişaf Proqramı Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstəyini davam etdirəcək - Çaru Bist

BMT İnkişaf Proqramı Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstəyini davam etdirəcək - Çaru Bist

BMT İnkişaf Proqramı Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstəyini davam etdirəcək.

Bunu BMT İnkişaf Proqramının Azərbaycandakı daimi nümayəndəsi Çaru Bist deyib.

"Bizim Azərbaycan Minatəmizləmə Agentliyi ilə birgə planlaşdırdığımız yeni prioritetlərdən biri minalardan təmizləmə fəaliyyətinin gender və ekoloji komponentləridir. Gender komponenti qadınların dağ işləri sahəsində roluna diqqət yönəldir. Bununla əlaqədar olaraq minaların təmizlənməsi üzrə qadın qruplar yaradıla bilər", - deyə o bildirib.

Ç.Bist əlavə edib ki, minaların təmizlənməsi prosesinin ətraf mühitə təsiri ilə bağlı tədqiqatlar aparılıb.

"Hazırda minaların təmizlənməsi Azərbaycan hökuməti üçün vacib prioritetdir. BMT İnkişaf Proqramı Azərbaycan Minatəmizləmə Agentliyinin çoxillik tərəfdaşıdır. Ötən müddət ərzində biz mina probleminin həlli üçün müxtəlif beynəlxalq təşkilatlarla birgə iri həcmdə maliyyələşdirmə təmin etmişik", - Ç.Bist deyib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →