• 22:45 – MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - Foto 
  • 22:36 – Türkiyədə 350-dən çox qanunsuz miqrant saxlanıldı 
  • 20:41 – Qonşu ölkədən Azərbaycana pul köçürmələri kəskin artdı 
  • 20:37 – Ukrayna ordusu bu şəhəri azad etdi - Əməliyyatın videosu 

Balakəndə reyd: qaydaları pozan sürücülər cərimələnib

Balakəndə reyd: qaydaları pozan sürücülər cərimələnib

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən olunması, onların maarifləndirilməsi məqsədlə şəhər ərazisində növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən yoxlamalar zamanı bəzi şəxslərin nəqliyyat vasitələrini müəyyən olunmayan yerlərdə, avtobus dayanacaqlarında, piyada səkilərində park etdikləri aşkarlanıb. Onlara törətdikləri qayda pozuntuları barədə məlumat verilib, bu kimi halların digər hərəkət iştirakçılarının da narazılığına səbəb olduğu izah edilib.

Həmin sürücülər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →